Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze söyləyib.

Nazir deyib:

“Ötən 20 il ərzində GUAM ölkələri siyasi və iqtisadi əməkdaşlıq sahəsində müəyyən problemlər, çətinliklərlə üzləşiblər. Buna baxmayaraq, üzv ölkələr GUAM-ı etibarlı təşkilat kimi formalaşdırmağı bacardılar. İnanıram ki, GUAM daha güclü təşkilata çevrilə biləcək”.

“GUAM ölkələrinin azad iqtisadi zonasının yaradılması istiqamətində bu ilin sonunadək müəyyən irəliləyişlərin olacağını gözləyirik” – deyə, M.Canelidze vurğulayıb.