Ana səhifə / İqtisadiyyat / Göyərtəsində 224 nəfər olan Rusiya təyyarəsi qəzaya uğradı

Göyərtəsində 224 nəfər olan Rusiya təyyarəsi qəzaya uğradı

Bu gün Kiprin Larnaki rayonu ərazisində Rusiyaya məxsus olan sərnişin laynerinin qəzaya uğradığı barədə məlumatlar yayılıb.

Virtualaz.org saytı xəbər verir ki, “Sky News Arabia” telekanalı əksəriyyəti Rusiya vətəndaşı olan 200-dən çox sərnişini daşıyan “Airbus” təyyarəsi radarlardan yoxa çıxıb.

Təyyarənin havaya qalxdıqdan 23 dəqiqə sonra radarlardan itdiyi bildirilir. Təyyarənin “Koqalımavia” şirkətinə məxsus olduğu, Misirin Şarm-əş-Şeyx kurort şəhərindən Sankt-Peterburq şəhərinə uçduğu məlum olub.

“9268 reysi ilə uçan, “Koqalımavia” şirkətinə məxsus “Airbus-321” təyyarəsi Moskva vaxtı ilə saat 06:21-də havaya qalxıb, 23 dəqiqə sonra radardan itib. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 heyət üzvü olub. Sərnişinlərin əksəriyyəti rusiyalı turistlərdir”-“RİA Novosti” agentliyinə məlumat verən mənbə bildirib.

Misirin hüquq-mühafizə orqanlarından isə bildiriblər ki, təyyarə bu ölkənin hava sərhədlərini tərk etdikdən sonra radarlardan itib. Təyyarənin qəzaya uğradığı təxmin edilir.

Son məlumata görə, təyyarənin Misir ərazisində qəzaya uğradığı açıqlanıb. Bu barədə Misir internet portallarından biri məlumat yayıb.

Bildirilir ki, Misirin təhlükəsizlik qüvvələri təyyarənin qəzaya uğradığı ərazisini əhatəyə alıb, əl-Ariş şəhərindən Sina yarımadasının şimalına 10-dan çox təcili yardım avtomobili göndərilib. Misirin hərbi aviasiyası da qəza rayonunda uçuşlar edir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın