Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Gömrüyün müsadirə etdiyi siqaretlər satışa çıxarılır – Fotofakt

Gömrüyün müsadirə etdiyi siqaretlər satışa çıxarılır – Fotofakt

Bakıda Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə edilən siqaretlər satılır. 

Bu barədə Yenisabah.az-a oxuculardan biri məlumat verib. Oxucumuz Bakıdakı köşklərin birindən aldığı üzərində Azərbaycanın “müsadirə” qeydi olan aksiz markalı  siqaretin fotosunu da redaksiyamıza göndərib.

Məlumatı verən oxucu qeyd edib ki, bu cür siqaretlər Bakının  müxtəlif yerlərində bu cür siqaretlərin satıldığına rast gəlmək mümkündür.

Bir müddət əvvəl Bakıda Ermənistan istehsalı olan siqaretlərin satıldığı barədə məlumat yayılmışdı. O zaman bu siqaretlərin gömrükdən necə keçdiyi barədə suallar yaranmışdı. Lakin DGK bu məsələnin üzərindən sükutla keçmişdi.

İndi də müsadirə olunmuş siqaretlərin satışa çıxarıldığı bəlli olub. DGK bu barədə də susacaqmı?

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …