Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat vəsait daxil olub. 

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub. 

Bu, 2023-cü ilin eyni dövrü müqayisədə 21 milyon 165.9 min manat və ya 4.17 faiz çoxdur. 

Cari ildə daxilolmaların 132 milyon 801.8 min manatı və 72.6 faizi gömrük rüsumları, 334 milyon 225.8 min manatı və ya 31.2 faizi isə ƏDV üzrə olub. 

Ötən ilin eyni dövründə isə bu daxilolmalar gömrük rüsumları üzrə 119 milyon 995.1 min manat, ƏDV üzrə isə 362 milyon 846.2 min manat təşkil edib. Burdan da aydın olur ki, bir il ərzində gömrük rüsumlarında 12 milyon 806.7 min manat və ya 9.6 faiz artım olub. Ancaq ƏDV üzrə daxilolmalarda 28 milyon 620.4 min manat və ya 7.9 faiz azalma baş verib.

Bu dövrdə dövlət büdcəsinə aksizlər üzrə daxilolmaların ümumi həcmi 15 milyon 271.7 min manat olub ki, bu da ümumi həcmin 96.8 faizini təşkil edib. 

2023-cü ildə isə bu həcm 14 milyon 919.2 min manat olub. Hesablamalardan da görünür ki, bir illik artım cəmi 352.5 min manat və ya 2.3 faiz təşkil edib. 

Cari ildə ən az daxilolmalar yol vergisi üzrə olub ki, bunun da həcmi cəmi 3 milyon 314.4 min manat təşkil edib. Bu da ümumi gəlirin cəmi 0.68 faizinə bərabərdir. Ötən il isə bu vəsaitlər 4 milyon 349.1 min manat dəyərində olub. Belə aydın olur ki, bir il ərzində 1 milyon 034.7 min manat və ya 23.7 faiz azalma qeydə alınıb.

Həmçinin oxuyun

Dövlət Neft Fondunun aktivləri bir rübdə 2 %-dən çox artıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 57 milyard 372,8 milyon ABŞ dollar …