Ana səhifə / İqtisadiyyat / Gömrük Komitəsindən büdcəyə köçürülən vəsait azalıb

Gömrük Komitəsindən büdcəyə köçürülən vəsait azalıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmaların həcmi açıqlanıb.

2021-ci ilin fevral ayında gömrük xətti ilə büdcəyə 310 milyon 668,2 min manat vəsait daxil olub.

Bu, əvvəlki ayın (yanvar 2021-ci il) göstəriciləri ilə müqayisədə 9,9 faiz çox, ötən ilin fevral ayı ilə müqayisədə isə 5,7 faiz azdır.

Yanvar ayı ərzində gömrük rüsumu üzrə 81 milyon 707,7 min manat, ƏDV üzrə 214 milyon 811,4 min manat, aksizlər üzrə 11 milyon 138,1 min manat, yol vergisi üzrə 3 milyon 10 min manat vəsait büdcəyə cəlb edilib.

İlin yanvar-fevral ayları ərzində gömrük xətti ilə büdcəyə 593 milyon 403,7 min manat vəsait köçürülüb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz azdır.

Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral ayları ərzində büdcəyə 663 milyon 306,3 min manat vəsait daxil edilib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …