Ana səhifə / İqtisadiyyat / “Gömrük Komitəsinin sədri elə bil kolxoz sədridir” – İTTİHAM

“Gömrük Komitəsinin sədri elə bil kolxoz sədridir” – İTTİHAM

“Azərbaycanda qiymət artımının səbəbləri çoxdur”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, obyektiv səbəb dünyada da qiymətlərin artması, logistikanın bahalaşmasıdır:

“Subyektiv səbəblər isə məmur biznesi, inhisarçılıq, gömrük və vergi orqanlarının anormal fəaliyyətidir.

Hər ay Gömrük Komitəsinin rəhbəri fəxrlə açıqlama verir ki, bu ay filan qədər plandan artıq pul yığmışıq. Adam elə bil kolxoz sədridir, pambıq yığır. Hələ də anlamırlar ki, gömrük-vergiyə ödənilən hər manat bizim, istehlakçının cibindən çıxır. 

Bu gün qısa vadədə qiymətlərin azaldılmasının və ya heç olmasa artımın qarşısının alınmasının tək yolu əsas ərzaq malları və dərman pereparatlarında gömrük rüsumlarının sıfırlanması, ƏDV-nin isə ləğv edilməsidir, orta-uzun vadəli yol yerli istehsalın yaranması, artırılması, ədalətli rəqabətli mühitin formalaşdırılmasıdır. 

Başqa yol yoxdur, natəmiz sahibkar olmur, natəmizliyi təşviq edən sistem olur”.

Həmçinin oxuyun

“Maxi.az”-ın iqrçiliyi təbliğ edən reklamı…

PR mütəxəssisi Vüqar Babanın sözlərinə görə, 25 may bir sıra Afrika ölkələrində Avropa müstəmləkəçiliyindən azad …