Cümə , Noyabr 27 2020
Ana səhifə / İqtisadiyyat / Gömrük Komitəsi QAÇAQMALÇILARIN KEŞİYİNDƏDİR… – İTTİHAM

Gömrük Komitəsi QAÇAQMALÇILARIN KEŞİYİNDƏDİR… – İTTİHAM

Azərbaycan sərhəddində qida təhlükəsizliyi məntəqələri yaradılır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Litva və Latviya respublikalarına səfər edib. Səfər çərçivəsində Agentliyin sədr müavini Litva və Latviyanın Qida və Baytarlıq Xidmətlərinin rəhbərləri ilə görüşüb. R. Rüstəmzadə ilin sonuna qədər Azərbaycanda sərhəd-keçid məntəqələrinin yaxınlığında qida təhlükəsizliyi məntəqələrinin yaradılacağını diqqətə çatdırıb: “AQTA bu sahədə olan beynəlxalq təcrübəni sərhəd-keçid məntəqələrində tətbiq edəcək”.

DİA.AZ-ın məlumatına görə, yaradılacaq məntəqələrin nə dərəcədə effektiv olacağı ilə bağlı fikirlərini bölüşən Azad İstehlakçılar İctimai Birliyinin sədri (AİİB) Eyyub Hüseynov bildirib ki Qida Təhlükəsizliyi Agentliyinin və digər dövlət orqanlarının bu sahədə atdığı addımlar zəruridir. Lakin istisna olunmur ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da daim qaçaqmalçılıqla məşğul olanlar var: “Qaçaq malların necə və hansı hallarda ölkəmizə daxil olması və satıldığı yerlər barədə dəfələrlə Gömrük Komitəsinə rəsmi məktublar göndərmişik. Bu mallar içərisində parfumeriya məhsulları, yuyucu və təmizləyici vasitələr, həmçinin içməli limonadlarla bağlı birliyimizə şikayətlər gəlib. Qaçaqmal yolu ilə gətirilmiş siqaretlər 1 ildə ölkə büdcəsinə 20 milyon manata qədər zərər gətirir. Çünki bu mallar üçün dövlət rüsumu ödənilmir. İctimai təşkilat olaraq nə qədər məlumatlar versək də, Gömrük Komitəsi bu sahədə tam və əhəmiyyətli işlər görmür.

Çalışmaq lazımdır ki, AQTA bu işlə əlaqədar qaçaqmalçılığın qarşısını alsın. “Sədərək” Ticarət Mərkəzi də qaçaq malların satıldığı böyük bir bazardır. Dövlət orqanları ölkə bazarından xəbərdar olmaq istəyirlərsə, “Sədərək”ə getsin. Bu məntəqələrin yaradılması zəruridir, lakin neqativ halların aradan qaldırılması üçün kafi deyil. Çünki qaçaq malla mübarizə aparan dövlət idarələri gərək güclü işləsinlər”.

Bununla bağlı DİA.AZ-ın apardığı araşdırmalar da təsdiqləyir ki, bu gün əslində DGK rəhbərliyi başda olmaqla, sözügedən qurum rəsmən qaçaqmalçılığın himayədarı rolunda çıxış edir. Məlumatlara görə, hazırda satış nöqtələrinə çıxarılan aksizsiz malların demək olar ki, hamısına DGK rəhbərliyinə aid şəxslər nəzarət edir. Bu barədə danışan mənbə bildirir: “Dövlətin vergi qurumları da bu faktın qarşısını ala bilmir. Çünki Səfər Mehdiyev iqtidar daxilindəki nüfuzunu məhz şəxsi biznesinin pardaxlanmasına sərf edir. Belə görünür ki, dövlət qurumları DGK sədrinin qarşısında acizdir. Belə olmasaydı, bu gün bazarlarımız qeyd olunan biuabırçılıqda olmazdı…”

Əlavə bilgilərimiz var. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləyə bilərik…

Həmçinin oxuyun

“Dövlət büdcəsində əsas 4 sahəyə nəzər yetirəcəyik” – DEPUTAT

“2021-ci ilin büdcə layihəsinin Milli Məclisə təqdim edilməsinin gecikməsinin səbəbi ərazilərin işğaldan azad edilməsi ilə …