Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / General Ümit Dündar: Türkiyə hərbi çevrilişlər və xuntalar dönəmini arxada buraxıb

General Ümit Dündar: Türkiyə hərbi çevrilişlər və xuntalar dönəmini arxada buraxıb

Türkiyə Silahlı Qüvvləri 1-ci ordu komandanı ordu generalı Ümit Dündar mətbuat konfransı keçirib.

Musavat.com Türkiyə mediasında istinadən xəbər verir ki, Ordu generalı Ümit Dündar mətbuat konfransında 15 iyulda baş verən hərbi çevrilişin yuxarıdan aşağı əmr sistemi xaricində gerçəkləşdirildiyini vurğulayıb.

“Millətmiz narahat olmasın, hərbi çevrilişlər və xuntalar dönəmi geridə qalıb”,- deyə general Ümit Dündar bildirib.

Dündar hərbi çevrilişdə iştirak edən 104 qiyamçının öldürüldüyünü təsdiqləyib.

Ümit Dündar hərbi çevrilişdə iştirak edən 1563 hərbi qulluqçunun həbs edildiyini bildirib. General onların arasında yüksək rütbəli hərbçilərinin olduğunu bildirib.

Ümit Dündar hərbi çevrilişdə iştirak edən hərbi qulluqçulaırn “paralel çətə” ilə bağlı olduğunu təkrar edib və ordunun paralellərdən təmizlənəəcəyini söyləyib.

Ümit Dündar hərbi çevrillişdə iştirak edən heç kimin cəzasız qalmayacığını vurğulayıb.

Ümit Dündar bundan başqa xalqın hərbi çevriliş qaşısında dik durduğunu söyləyib və bununla bağlı olaraq siyasi partiyalara ayrıca təşəkkür edib.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın