Ana səhifə / İqtisadiyyat / General rüşvət şəklində it küçüyü alıbmış

General rüşvət şəklində it küçüyü alıbmış

Rusiya İstintaq Komitəsinin Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri Mixail Maksimenko rüşvət şəklində it küçüyü almaqda ittiham olunur.

Virtualaz.org xəbər verir ki, bu barədə “Kommersant'” qəzeti məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Generalın işində elit it küçükləri ilə yanaşı mükafat kimi “Jeep Wrangler” avtomobilini alması epizodu ortaya çıxıb və hazırda bu məlumatın araşdırıldığı bildirilir. Ancaq Maksimenko vəkilləri iddia edirlər ki, onların müdafiə etdikləri şəxsin işində heyvanlarla bağlı məsələ yoxdur.

Maksimenko 2016-cı ilin iyulun 19-da müavini Aleksandr Lamonov və Moskva İstintaq İdarəsinin rəis müavini Denis Nikandrovla birlikdə həbs edilib. Onlar italiyalı kriminal avtoritet Andrey Koçuykovun azad olunması üçün Şakro Molodoy ləqəbi ilə tanınan məşhur qanuni oğru Zaxariy Kalaşovdan rüşvətin alınmasında ittiham edilirlər.

İyunun 29-da generala qarşı daha bir rüşvət ittihamı irəli sürülüb. İstintaqın versiyasına görə, Maksimenko Peterburqun Cinayət Axtarış İdarəsinin əməkdaşlarına qarşı cinayət işinin qaldırılması üçün bir milyon rubl alıb.

Federal Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinin nümayəndəsi qəzetə bildirib ki, Mixail Maksimenkonun güman edilən cinayətkar fəaliyyəti istintaq başlanan vaxtdan araşdırılır.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın