Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Gecə klubunun sahibi: “ABŞ kəşfiyyatı hücum barədə xəbərdarlıq etmişdi”

Gecə klubunun sahibi: “ABŞ kəşfiyyatı hücum barədə xəbərdarlıq etmişdi”

ABŞ kəşfiyyatı İstanbulda silahlı hücumun baş verə biləcəyi barədə əvvəlcədən xəbərdarlıq edib. APA-nın Hurriyet-ə istinadən verdiyi xəbərə görə, bu barədə silahlı hücuma məruz qalmış “Reina” gecə klubunun sahibi Mehmet Kocarslan bildirib.

“Amerika kəşfiyyatı terror aktı barədə xəbərdarlıq etmişdi. 7-10 gün bura ciddi təhlükəsizlik tədbirləri görülmüşdü”, — deyə o bildirib.

Məlumata görə, terrorçu “Kalaşnikov” avtomatından atəş açıb.

İstanbul valisi hücum zamanı azı 35 nəfərin öldüyünü, 40-dan çox şəxsin yaralandığını bildirib.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın