Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / “Gəlirin bu qədər azalması çox narahatlıq doğuran haldır” – EKSPERT

“Gəlirin bu qədər azalması çox narahatlıq doğuran haldır” – EKSPERT

İqtisadçı ekspert Nemət Əliyev 2017-ci ildə Azərbaycanda sosial-iqtisadi vəziyyətin yaxşılaşması haqqında rəsmilərin bəyanatları ilə razı deyil.

Onun sözlərinə görə, ilk 3-4 ayda ÜDM-də cüzi artım qeydə alınıb. Amma sonrakı aylarda ÜDM azalmağa başlayıb. O, iyuldan etibarən 7%, avqustda isə 9% azalan xarici ticarət dövriyyəsi ilə bağlı vəziyyətin də yaxşı olmadığını deyib. Onun fikrincə, ilin yekunlarına görə ÜDM daha çox azala bilər.

Ekspert xarici ticarətdə xarici valyuta ilə ifadədə gəlirin 30% azalmasını ən çox narahatlıq doğuran hal adlandırıb.

Neft sənayesində neft hasilatı azalır. 8 ay ərzində hasilat 2,4 mln. ton azalıb. İlin sonuna qədər azalma 4 mln. tona çata bilər və bu, ciddi itkilərdir. Ekspert Əliyev həmçinin ölkədə investisiya mühitinin hələ də cəzbedici olmadığını və bir çox sahibkarların kapitalları ölkədən çıxardığını bildirib. Pambıqçılığın inkişafı üzrə addımlara gəlincə, onlar hələlik özünü doğrultmur. Örüşün, yem bazasının azalması heyvandarlığa mənfi təsir göstərib və ət qiymətlərinin bahalaşmasına səbəb olub.

Ekspertin fikrincə, əhalinin həyat səviyyəsi pisləşməkdə davam edir. İnflyasiya orta hesabla 14% təşkil etdiyi halda əhalinin gəlirlərinin artımı cəmi 6-7% təşkil edib. İqtisadçının fikrincə, real nəticələrə nail olmaq üçün əsaslı islahatlara ehtiyac var, amma hələlik bu islahatlardan əsər-əlamət belə görünmür. (Turan)

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …