Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Gələn ildən yeni büdcə qaydası tətbiq ediləcək

Gələn ildən yeni büdcə qaydası tətbiq ediləcək

Prezident İlham Əliyev tərəfindən 24 avqust 2018-ci il tarixində imzalanan Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun 2019-cu büdcə ilindən başlayaraq xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni büdcə qaydasının tətbiqini nəzərdə tutur.
Maliyyə Nazirliyindən verilən məlumata əsasən, qaydanın tətbiqi dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığının azaldılmasına və büdcə intizamının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə töhfə verəcək.
Büdcə qaydası ölkənin xalis maliyyə aktivləri əsasında büdcə ili ərzində xərclənə bilən neft gəlirlərinin və icmal büdcə xərclərinin yuxarı hədlərinin hesablanması mexanizmini müəyyən edir.
Burada əsas məqsəd xam neft qiymətlərinin yüksək olduğu illərdə və hətta xalis maliyyə aktivlərinin imkan verdiyi halda belə, büdcə xərclərinin kəskin artımının qarşısının alınması və beləliklə, büdcənin protsiklliyinin məhdudlaşdırılmasıdır.
Bununla qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq kontr-tsiklik büdcə siyasətinin həyata keçirilməsinin təmin olunması nəzərdə tutulur ki, bu da ölkə iqtisadiyyatının daxil olduğu post-neft dövrü üçün mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, büdcə qaydasına dair qanun Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 29 iyun 2018-ci il tarixində qəbul olunmuşdu.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …