Ana səhifə / İqtisadiyyat / Gələn il bu rayonlara pul ayrılmayacaq – VİDEO

Gələn il bu rayonlara pul ayrılmayacaq – VİDEO

Gələn il dövlət büdcəsindən cəmi 14 rayona vəsait ayrılacaq. 52 rayon və şəhər isə özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.

Bu barədə millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu məsələ “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, dövlət büdcəsindən Ağdama 4 milyon 980 min manat, Cəbrayıla 2 milyon 874 min manat, Xocalıya 1 milyon 527 min manat, Xocavəndə 1 milyon 540 min manat, Kəlbəcərə isə 3 milyon 528 min manat vəsait ayrılacaq.

Dövlət büdcəsindən rayonlara gələn il ümumilikdə 37 milyon 456 min manat vəsait ayrılacaq.

Vüqar Bayramov hesab edir ki, özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır. Bu, dövlət büdcəsindən asılılığın aradan qaldırılmasına imkan verir. Bu baxımdan, yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir.

Qeyd edək ki, “2022-ci ilin dövlət büdcəsi haqqında qanun” layihəsi yaxın günlərdə parlamentin komitələrində müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …