Ana səhifə / İqtisadiyyat / Gəlin maşını yolu kəsib pul istəyən uşağın üstündən keçdi – VİDEO

Gəlin maşını yolu kəsib pul istəyən uşağın üstündən keçdi – VİDEO

Bütün Qafqazda olduğu kimi, Dağıstanda da gəlin maşınının yolunu kəsərək, uşaqların “şirinlik” istəməsi adətdir. Kimin cibindən nə çıxırsa, həmin uşaqlara “xərac” verəndən sonra təmtəraqla bəzədilmiş maşınlar yoluna davam edir.

Virtualaz.org xəbər verir ki, ötən gün Dağıstanda gəlin maşınının sürücüsü yolu kəsmiş uşaqlara pul verməkdən imtina edərək, toya “pulsuz” çatmaq istəyib.

Lakin yolu kəsmiş uşaqlardan biri çox inad edib və sürücü gözlənilmədən maşını onun üstünə sürüb. Avtomobil oğlanın üstündən keçib.

Videonun sonunda uşağın ayağa qalxmaq istədiyini görmək olar. Onun vəziyyəti barədə məlumat verilmir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın