Bazar , Yanvar 16 2022
Ana səhifə / İqtisadiyyat / Gələn ildən maaşdan daha çox faiz tutulacaq

Gələn ildən maaşdan daha çox faiz tutulacaq

2022-ci ildən əmək haqqından icbari tibbi sığorta üçün tutulacaq məbləğ artırılacaq.

Belə ki, 2021-ci ildə 1 faiz olan icbari tibbi sığorta haqqı növbəti ildən 2 faizə çatdırılacaq.
2022-ci ildən minimum əmək haqqının 300 manata çatdırılacağı gözlənilir. Bu məbləğdə olan maaşlardan icbari tibbi sığortaya görə tutulma 6 manata yüksələcək.

Ümumi tutulacaq məbləğ isə 23,5 manat olacaq. Rəsmi maaşı 300 manat olan şəxslər hər ay 276,5 manat əldə edəcəklər. Tutulmaların 16 manatı “pensiya fondu”na ödənişə, 6 manatı icbari tibbi sığorta haqqına, 1,5 manatı işsizlikdən sığorta haqqına ayrılacaq.

Həmçinin oxuyun

Türkiyədə yaxın həftələrdə dollardan imtina prosesi sürətlənəcək

Yaxın həftələrdə valyuta aktivlərinin ABŞ dollarından türk lirəsinə çevrilməsi sürətlənəcək. Bu barədə Türkiyənin xəzinə və …