Bazar , Yanvar 24 2021
Ana səhifə / İqtisadiyyat / Gələn il manatı nə gözləyir – ŞƏRH

Gələn il manatı nə gözləyir – ŞƏRH

“Manatın məzənnəsinin qorunub saxlanması dövlətin apardığı siyasətə tam uyğundur”.

Bunu Sputnik Azərbaycan-a manatın məzənnəsi haqqında gələn il üçün proqnozlarını açıqlayarkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.

Ekspert bildirib ki, biz qonşu ölkələrdə aparılan devalvasiya siyasətini də nəzərə almalıyıq: “Düşünürəm ki,  gələn il də manata xarici təsirlər olacaq. Bu da hazırki məzənnənin qorunub saxlanmasına çətinliklər yarada bilər. Ona görə də bir mənalı olaraq devalvasiyanın olacağı və ya olmayacağı haqqında danışmaq çətindir. Təbii ki, devalvasiyaya uğramış valyuta xarici ticarətə təsir edir, ancaq bu qısa müddətli xarakter daşıyır. O cümlədən qonşu ölkələrdə aparılan makroiqtisadi siyasət də bizə  təsir edə bilər. Çünki bizim əsas ticarət əlaqələrimiz bu ölkələrlədir”.

Həmçinin oxuyun

Ötən il azərbaycanlılar Türkiyədə 1279 ev alıb

2020-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 1279 daşınmaz əmlak alıb. Türkiyə Statistika Komitəsi bildirir ki, ötən …