Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / FTB-nin yeni direktoru kim olacaq? –On namizəd var

FTB-nin yeni direktoru kim olacaq? –On namizəd var

ABŞ prezidenti Donald Tramp yeni FBI (FTB- Federal Təhqiqatlar Bürosu) direktorunun adının növbəti həftə elan edilə biləcəyini bildirib.

Liberty Universitetində çıxış etmək üçün Linçburqa yola düşməkdən öncə müxbirlərin suallarına cavab verərkən, prezident Tramp “biz qərarımızı tez verə bilərik” deyib.

Prezidentin dörd gün öncə FBI direktorunu istefaya göndərməsindən bəri bu addımın səbəbləri hələ də əsas müzakirə mövzularından biridir.

Boş qalan direktor vəzifəsinə təyinat üçün təxminən on nəfər nəzərdən keçirilir. Onların arasında hüquqşünaslar, hüquq-mühafizə orqanları əməkdaşları və hətta qanunvericilər də var.

Ən azı beş namizədin şənbə günü Vaşinqtonda baş prokuror Cef Seşşons və müavini Rod Resenstayn ilə görüşməsi nəzərdə tutulub.

Buş höküməti dövründə Ədliyyə Nazirliyin yüksək ranqlı əməkdaşı Elis Fişer yeni FBI direktoru vəzifəsinə namizədlərdən biridir. Digər namizədlər arasında FBI-ın xüsusi agenti Adam Li, büronun direktor əvəzi Endryu Keyb, Nyu York Appelyasiya Məhkəməsinin hakimi Maykl Qarsiya və Senator Con Korninin də olduğu bildirilir.

Amerikanınsesi.org

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın