Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Fransada Qarabağı Ermənistana birləşdirməyi təklif edən namizədə qarşı aksiya – FOTOLAR

Fransada Qarabağı Ermənistana birləşdirməyi təklif edən namizədə qarşı aksiya – FOTOLAR

Fransada Milli Cəbhənin lideri Marin Le Penin səs verdiyi seçki məntəqəsinin qarşısında etirak aksiyası keçirilib.

“Report” xəbər verir ki, aksiya Marin Le Penin səs verdiyi Henən Bomon şəhərində baş tutub.

Belə ki, feminist cərəyanının üzvləri kinayə ilə və uca səslə «Marin prezident» şüarlarını səsləndirərək küçədə namizədin əleyhinə piket təşkil ediblər.

Bir neçə nəfərin iştirak etdiyi etiraz aksiyası özünəməxsusluğunu həm də etirazçıların bədənlərinə «Team Marine» – “Marinin komandası” sözlərini yazmaları, habelə ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin maskalarını geyinmələri ilə göstərib.

Etirazçılar polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.

Virtualaz.org xatırladır ki, Fransa prezidentliyinə namizəd, radikal millətçi Marin Le Pen bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının “həll yolunu” təklif etmişdi.

O, Fransada nəşr edilən erməni qəzeti “Nouvelles d’Armenie”-yə müsahibəsində münaqişənin nizamlanması üçün “Dağlıq Qarabağın Ermənistana birləşdirilməli olduğunu” demişdi.

“SSRİ-nin dağılmasından sonra meydana çıxan sərhədlər beynəlxalq səviyyədə tanınıb, lakin Dağlıq Qarabağın müstəqilliyindən çox bölgənin Ermənistana birləşdirilməsinə dair Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşma daha məqbul olardı”,-deyə prezidentliyə iddiaçı bildirmişdi.

Yeri gəlmişkən, Marin Le Pen Fransada Qarabağ məsələsində Azərbaycana qarşı çıxan yeganə prezidentliyə namizəd deyil. Ondan əvvəl keçmiş baş nazir, prezidentliyə namizəd Fransua Fiyon həmin erməni qəzetinə müsahibəsində Azərbaycanı ötən ilin aprelində “Dağlıq Qarabağı güc yolu ilə ələ keçirmək cəhdində” ittiham edib. Habelə prezidentliyə namizəd tarixi faktları açıq təhrif edərək deyib ki, Dağlıq Qarabağı Ermənistandan vaxtilə Stalin ayırıb Azərbaycanın tərkibinə verib.

Onu da qeyd edək ki, Fransa erməni diasporunun ən güclü olduğu ölkələrdən biridir və bu ölkədə siyasətçilər seçkilər zamanı erməni elektoratının səsini qazana bilmək üçün “soyqırımı” məsələsində bir-birləri ilə yarışa girirlər.

Lakin bu dəfə Fransua Fiyon və Marin Le Pen bir qədər də uzağa gedərək Qarabağ məsələsində də ermənilərin rəğbətini qazanmağa çalışıblar. Şübhəsiz ki bu, Minsk Qrupunun həmsədrlərindən biri olan Fransaya rəhbərlik etmək iddiasında olanlar üçün açıq-aşkar təxribatçı mövqedir.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın