Ana səhifə / İqtisadiyyat / Fransada prezident seçkiləri keçirilir

Fransada prezident seçkiləri keçirilir

Fransada prezident seçkilərinin birinci turu keçirilir. Vətəndaşlar mayın 7-də baş tutacaq ikinci tur üçün 2 namizədin adını müəyyən etməlidir. Artıq bir sıra ölkələrdə Fransa vətəndaşları üçün seçki məntəqələrində səs verib.

Seçkilərin favoritləri “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron və “Milli cəbhə”nin lideri Marin Le Pen hesab olunur.

Keçirilən sorğulara görə, məhz bu iki namizədin ikinci tura çıxmaq şansı daha çoxdur. Onlardan sonra “Respublikaçılar” partiyasından Fransua Fiyon və “Tabe olmayan Fransa” hərəkatını təmsil edən Jan-Lyuk Melanşon ikinci mərhələyə keçmək uğrunda mübarizə aparacaq populyar namizədlərdir. (AzərTac)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın