Ana səhifə / İqtisadiyyat / Fransada 14 erməni mafioz tutuldu

Fransada 14 erməni mafioz tutuldu

Fransada 14 mafioz erməni saxlanılıb. AzVision.az “Le Figaro” nəşrinə istinadən xəbər verir ki, erməni mafiozlar Bordo, Nant, Nitsa, Puatye və Paris şəhərlərində həbs olunub.

“İl ərzində Renn polisi əxlaqsız qadınları silahla qorxudaraq onları “ianə” verməyə məcbur edən bir qrup sutenyorlar barədə iş aparıb. Saxlanılan 14 nəfərdən 12-i artıq məhkəmə qarşısına çıxarılıb. Təxminən 30 yaşları olan kişilərdən ibarət qrup sutenyorluqla yanaşı müxtəlif mafiya işləri ilə məşğul olub. Onlar əxlaqsız qadınları elə qorxudublar ki, onlar hadisə barədə polisə məlumat verməkdən çəkiiblər”, – deyə polis nümayəndəsi Jan-Mark Droqe bəyan edib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın