Ana səhifə / İqtisadiyyat / Fransa şirkəti Azərbaycan bazarını tərk etdiyini rəsmən açıqlayıb

Fransa şirkəti Azərbaycan bazarını tərk etdiyini rəsmən açıqlayıb

Fransanın “AXA” sığorta qrupunun Azərbaycandakı törəməsi “AXA Mbask” Sığorta Şirkəti ASC-nin yerli iş adam, “Unibank” ASC-nin Müşahidə Şurasının üzvü Elxan Qəribliyə satılması ilə bağlı 21 may 2018-ci il tarixində imzalanmış niyyət sazişi qüvvədən düşüb.

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “AXA Mbask” yeni sığorta müqavilələrinin bağlanılmasını dayandırıb və bundan sonra Azərbaycandakı mövcud müştərilərinin maraqlarını ən yüksək səviyyədə təmin etmək şərti ilə, mümkün olan müddətdə ölkədəki fəaliyyətinə xitam vermək məqsədilə yalnız mövcud portfeli idarə edəcək.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …