Ana səhifə / İqtisadiyyat / Fransa kimi seçəcək: Makronu, yoxsa Le Peni?

Fransa kimi seçəcək: Makronu, yoxsa Le Peni?

Fransada birinci tur prezident seçkilərinin qalibi müəyyənləşib.

Reuters-in verdiyi xəbərə görə, artıq bülletenlərin 100 faizi hesablanıb.

Sabiq iqtisadiyyat naziri, “En Marche” Hərəkatının lideri Emmanuel Makron 23,75%, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21, 53 % səs toplayıb.

Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 19,91 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,64 faiz səslə dördüncü yerdə qərarlaşıb.

*   *   *01:41

Son məlumatlara görə, 33,2 milyon seçicinin səsi hesablandıqdan sonra məlum olub ki, «İrəli» hərəkatının təsisçisi Emmanuel Makron 23,11, Milli cəbhə partiyasının lideri Marin Le Pen isə 23,08 faiz səs toplayıb.

Fransız xalqı mayın 7-də məhz onlardan birini prezident seçəcək.

*   *   *00:23

Fransada keçirilən prezident seçkilərinin nəticələrindən dərhal sonra çıxış edən namizədlər və bir sıra digər rəsmi şəxslər seçiciləri mayın 7-ə təyin olunmuş prezident seçkilərinin ikinci turunda «İrəli» hərəkatının təsisçisi Emmanuel Makrona səs verməyə çağırıblar.

“Report” xəbər verir ki, seçicilərin 19 faizinin səsini toplayaraq II tura çıxa bilməyən sağ mərkəzçi «Respublikaçı» partiyasından prezidentliyə namizəd Fiyon çıxışında seçiciləri Milli Cəbhə partiyasının lideri Marin Le Penə səs verməkdən imtina etməyə çağırıb. O, özünün «İrəli» hərəkatının təsisçisi Emmanuel Makrona səs verəcəyini bildirib.

Sosialist partiyasından olan və növbəti tura keçə bilməyən Benua Omon, həmçinin Fransanın baş naziri Bernar Kaznöv də çıxışlarında seçiciləri Emmanuel Makrona səs verməyə səsləyiblər.

Seçkilərin II turuna keçən Emmanuel Makron özü isə I turdakı qələbəsini Fransa tarixində yeni səhifənin açılması kimi qiymətləndirib.

Qeyd edək ki, Milli Cəbhə partiyasının lideri Marin Le Pen seçki kampaniyası, o cümlədən seçkilərin gedişi zamanı bir sıra rısklərlə üzləşməsinə baxmayaraq, növbəti tura keçməyə nail olub. O, çıxışında seçiciləri Fransua Ollandın “davamçısı”nı məğlub etməyə və beləliklə Fransa xalqını xilas etməyə çağırıb.

Bu arada məlum olub ki, “Milli cəbhə” partiyasının sədri Marin Le Pen səslərin 50 faizinin hesablanmasından sonra yenə liderdir.

Azinforum.az –  ın məlumatına görə, Marin Le Pen səslərin 50 faizinin hesablanmasından sonra 24,1 faiz səs toplayıb. “İrəli” hərəkatının banisi Emmanuel Makron – 22,44 faiz, “Respublikaçılar” partiyasından namizəd keçmiş baş nazir Fransua Fiyon – 19,57 faiz səs toplaya biliblər.

Onu da qeyd edək ki, yüzlərlə gəncin seçkilərin nəticələrindən dərhal sonra toplaşdığı «Bastiliya» meydanında Marin Le Penə qarşı etiraz aksiyası başlayıb.

*   *   *22:55

“Milli cəbhə” partiyasının sədri Marin Le Pen və “İrəli” hərəkatının banisi Emmanuel Makron Fransada prezident seçkilərinin ilk turunda liderlik edirlər. “Respublikaçılar” partiyasından namizəd keçmiş baş nazir Fransua Fiyon isə bir qədər geri qalır.

Trend-in verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin ilk rəsmi məlumatında deyilir.

Bu arada Parisin mərkəzində, Bastiliya meydanında prezident seçkilərinin ilk nəticələrinin elan olunmasından sonra etiraz aksiyasının başladığı haqda da məlumat yayılıb.

Məlumata görə, polislərin yaxınlıqdakı küçələrə giriş-çıxışı bağladıqlarına görə, toplaşan insanlar meydanın mərkəzində sütunların ətrafında gəzirlər.

Xəbərdə deyilir ki, meydanda artıq bir neçə yüz nəfər toplaşıb.

*   *   *19:02

Bu gün Fransada keçirilən prezident seçkiləri ilə bağlı ilk exit-pollun nəticələri məlum olub.

APA-nın məlumatına görə, Belçikanın RTBF telekanalı exit-pollun saat 12.00-a nəticələrinə əsasən sabiq iqtisadiyyat naziri, “En Marche” (Yürüş) Hərəkatının lideri Emmanuel Makron və radikal Milli Cəbhənin lideri Marine Le Penin prezident seçkilərinin birinci turunda liderlik etdiklərini bildirib.

Exit-polla əsasən E. Makron səslərin 24 faizini, M. L. Pen səslərin 22 faizini toplayıb. Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 20,5 faiz səslə üçüncü, radikal solun namizədi Jan-Lyuk Melanşon 18 faiz səslə dördüncü yerdə qərarlaşıb.

*   *   *17:47

Fransada keçirilən prezident seçkilərin ilkin nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, prezidentliyə namizəd, sol hərəkatın lideri Jan-Luk Melanşon Fransanın üç dənizaşırı ərazilərində – Sen-Pyer və Mikelon, Martinik və Qvianada hamıdan çox səs toplayıb.

Qeyd edək ki, Fransada bu gün yerli vaxtla saat 8:00-də prezident seçkilərində səsvermə başlayıb. Ölkədə 66,5 min seçki məntəqəsi faliyyət göstərir.

Seçki məntəqələri saat 19:00-20.00-da bağlanacaq.

*    *   *10:09

Bu gün Fransada prezident seçkilərinin birinci turu keçirilir.

Virtualaz.org-un məlumatına görə, seçkilərdə 11 prezidentliyə namizəd mübarizə aparır.

Fransa vətəndaşları mayın 7-də baş tutacaq ikinci tur üçün 2 namizədin adını müəyyən etməlidir. Artıq bir sıra ölkələrdə Fransa vətəndaşları seçki məntəqələrində səs veriblər.

Seçkilərin favoritləri “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron və “Milli cəbhə”nin lideri Marin Le Pen hesab olunur. Keçirilən sorğulara görə, məhz bu iki namizədin ikinci tura çıxmaq şansı daha çoxdur. Onlardan sonra “Respublikaçılar” partiyasından Fransua Fiyon və “Tabe olmayan Fransa” hərəkatını təmsil edən Jan-Lyuk Melanşon ikinci mərhələyə keçmək uğrunda mübarizə aparacaq populyar namizədlərdir.

Fransada prezident postu uğrunda mübarizə aparan digər 6 namizədin şansı isə zəif dəyərləndirilir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın