Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / FlyDubai şirkərinin tarixində ilk qəza – həlak olanların ailəsinə 1 milyon rubl veriləcək

FlyDubai şirkərinin tarixində ilk qəza – həlak olanların ailəsinə 1 milyon rubl veriləcək

Rostovda qəzaya uğrayan sərnişin təyyarəsi Boeing 737-800 FlyDubai aviaşirkətinin tarixində qəzaya düşən ilk təyyarədir. 2009-cu ildə fəaliyyəttə başladığı dövrdən bura qədər aviaşirkətin heç bir təyyarəsi qəzaya uğramayıb. 
Bu barədə şirkətin rəsmi portalında xəbər verilib.
Rostov vilayətinin qubernatoru Vasili Qolubev isə bəyan edib ki, həlak olanların ailəsinə 1 milyon rubl məbləğində kompensasiya ödəniləcək. O bu gün müvafiq sərəncam imzalayacağını bildirib.
Qeyd edək ki, həlak olanların çox ailə cütlükləridir.
O da bildirilir ki, təyyarənin aeroporta enə bilməməsinin səbəbi əlverişsiz hava şəraiti olub. Təyyarə uşuş zolağının 50-10 metrliyində yerə çırpılıb və hissələrə parçalanıb və yanıb. Həlak olanlar arasında 7 uşaq da olub.
Onu da qeyd edək ki, ucuz qiymətə uçuşlar həyata keçirən və donanması tamamilə Boeing 737-800 tipli təyyarələrdən ibarət olan FlyDubai 43 ölkənin 94 aeroportuna reyslər həyata keçirir. Şirkətin anqarında 50 Boeing 737-800 markalı təyyarə var.
Aviaşirkət Rostovdan başqa Rusiyanın 10-da artıq şəhərinə də sərnişin daşıyır.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın