Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / İqtisadiyyat / “Fitch Ratings” qlobal iqtisadi artım proqnozunu azaldıb

“Fitch Ratings” qlobal iqtisadi artım proqnozunu azaldıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi koronavirusun (COVİD 19) qlobal iqtisadiyyata təsirini nəzərə alaraq bu il üçün qlobal iqtisadi artım proqnozunu 1,2 faiz bəndi azaldaraq 1,3%-ə endirib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Fitch” agentliyinin hesabatında bildirilir.

Hesabata görə, bu il qlobal iqtisadi artımın həcmi əvvəlcədən proqnozlaşdırılan 850 milyard ABŞ dolları səviyyəsindən də aşağı olacaq. Hazırda hökumətlər tərəfindən icra olunan fövqəladə makroiqtisadi siyasət koronavirusun təsirini məhdudlaşdırmağa yönəlsə də, bu ilin ikinci yarısında dünya iqtisadiyyatını bərpa edəcəyi bildirilir.

Məlumata görə, koronavirusun təsiri ilə Çin iqtisadiyyatında böyümə azalaraq 3,7% həddində olacaq. Pandemiyanın ən çox təsir etdiyi digər ölkələrdə – İtaliya və İspaniyada isə ümumi daxili məhsulun (ÜDM) artım tempi müvafiq olaraq 2% və 1% səviyyəsinə endiriləcək.

Bundan başqa, reytinq agentliyi bu il üçün “Brent” markalı neftin qiymətini 41 ABŞ dolları səviyyəsində qalacağını proqnozlaşdırıb. Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC-ə (OPEC+) üzv olmayan xam neft istehsalçıları arasında əməkdaşlığın çökməsi və neft tədarükü ilə bağlı gözləntilərin artması ilə gələn il neftin qiymətinin 1 barel üçün 48 ABŞ dolları səviyyəsinə yüksəlməsi gözlənilir.

Həmçinin oxuyun

Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək

Bakı şəhəri, Nəsimi rayonundakı məşhur “Təzə bazar” dekabrın 1-dək tam köçürüləcək. Bunu APA-ya açıqlamasında Nəsimi rayon …