Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / İqtisadiyyat / “Fitch”: Bu il Azərbaycanda dollar 1,73 manat olacaq

“Fitch”: Bu il Azərbaycanda dollar 1,73 manat olacaq

“Fitch” beynəlxalq reytinq agentliyi qrupuna daxil olan “BMI Research” araşdırma şirkəti Azərbaycanda növbəti iki il üçün manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb.

APA xəbər verir ki, şirkətin Azərbaycanla bağlı hazırladığı “Ölkə üzrə risk” adlı proqnoz hesabatında qeyd olunub ki, 2018-ci ildə Azərbaycanda dolların manata qarşı məzənnəsinin 1,73 manat səviyyəsində olacağı proqnozlaşdırılır.

Hesabatda, həmçinin bildirilir ki, 2019-cu ildə dolların manata qarşı məzənnəsinin 1,71 manat səviyyəsində olacağı gözlənilir.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …