Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / İqtisadiyyat / “Fitch”: “2022-ci ilin sonlarınadək Avropada qaz bahalaşmaqda davam edəcək”

“Fitch”: “2022-ci ilin sonlarınadək Avropada qaz bahalaşmaqda davam edəcək”

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi cari qiymət artımı dinamikasını və sabit tədarüklə bağlı problemləri nəzərə alaraq Avropada təbii qazın 2021-2022-ci illər üzrə qiymət proqnozlarını artırıb.

“Report” agentliyin saytına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın spot qiymətlərinin 1 000 kubmetr üçün 600 ABŞ dollarını ötməsini “Fitch” agentliyi pis hava şəraiti, 2020-ci ildən etibarən sıxılmış təbii qaz tədarükünün sabit şəkildə azalması və qaz anbarlarında ehtiyatların 2019-2020-ci illər səviyyəsindən aşağı düşməsi ilə izah edir.

Asiya və Amerika regionunda sıxılmış qazla bağlı yüksək rəqabətin mövcud olması qısamüddətli perspektivdə Avropaya qaz tədarükünü artırmağa imkan verməyəcək. Bundan başqa, 2021-ci ildə Rusiyadan qaz tədarükü artımına da ümid etməyə dəyməz, belə ki, “Qazprom” 19 % artımla bu il Avropaya qaz ixracını rekord səviyyəyə çatdırıb.

Həmçinin oxuyun

Azərbaycanda bu maşınların gömrük rüsumu ləğv olunmalıdır

Sentyabrın 15-dən etibarən Azərbaycanda “A-98 SUPER” və “A-95 PREMİUM” markalı benzin növlərinin qiymətində artım baş …