Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / “Financial Times”: “Aİ Azərbaycandan qaz tədarükünün artırılmasını nəzərdən keçirir”

“Financial Times”: “Aİ Azərbaycandan qaz tədarükünün artırılmasını nəzərdən keçirir”

Avropa Komissiyasının energetika üzrə komissarı Kadri Simson Avropaya qaz tədarükünün artırılması imkanlarını müzakirə etmək üçün fevralın əvvəlində Azərbaycanla danışıqlar aparmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Financial Times”a mənbə məlumat verib.

Qəzetdə bildirilib ki, Avropa İttifaqı Ukraynada münaqişənin kəskinləşməsi halında Qərbin sanksiyalarına cavab olaraq Rusiyanın Avropaya qaz tədarükünü kəsə biləcəyindən çəkinir:

“Aİ fövqəladə vəziyyətdə qaz tədarükünü təşkil etmək ümidi ilə Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırır”.

Nəşr qeyd edib ki, rəsmi Brüssel həmçinin bəzi Asiya ölkələri ilə mayeləşdirilmiş təbii qazın mümkün tədarükü ilə bağlı danışıqlar aparır.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …