Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Fikrət Yusifov: “Bu qədər ağ yalanları necə söyləmək olar?” – ŞƏRH

Fikrət Yusifov: “Bu qədər ağ yalanları necə söyləmək olar?” – ŞƏRH

Ermənistanın baş naziri Karen Karapetyan parlamentdə çıxışı zamanı bəyan edib ki, hökumət son dövrdə qeydə alınan qiymət artımı və onun nəticələri barədə hesabat təqdim edəcək.

Bununla yanaşı, Karapetyan iddia edib ki, guya regionda və MDB-də ən yüksək iqtisadi artım (7,7% ), ən aşağı inflyasiya Ermənistanda qeydə alınıb: “Qiymətlərin 2,6 faiz artması qeyd edildi ki, bu da eyni regionda ən aşağı göstəricidir”.

Onun sözlərinə görə, aksiz vergisinin artması nəticəsində benzinin qiyməti bahalaşıb, lakin bu fakt qiymət artımına heç bir təsir göstərməyib. Guya bu növ yanacaqdan istifadə edərək malların daşınması həyata keçirilmir. Karapetyanın fikrincə, fermerlərin ƏDV-dən azad olunması onların xeyrinə olacaq.

Məlumat üçün qeyd edək ki, yanvarın 17-də Ermənistan parlamentində bir sıra məhsulların, xüsusilə neft və kartofun qiymətlərinin artırılması, yanacaq qiymətinin artması məsələsi müzakirə olunub. Bu zaman Karapetyan tənqidlərdən canını qurtarmaq üçün müxtəlif arqumentlər gətirməyə çalışıb.

Belə olan halda Karapetyanın səsləndirdiyi iqtisadi göstəricilər nə dərəcədə reallığa uyğundur?

Sözügedən məsələni Azinforum.az-a şərh edən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, Ermənistan baş nazirinin səsləndirdiyi fikirlər ağ yalandır. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Əgər qiymətlərin qalxması ilə bağlı narahatlıqlar Ermənistanda parlament səviyyəsində müzakirəyə çıxarılırsa və həmən müzakirələrdə baş nazir Karen Karapetyan 2017-ci ildə qiymətlərin cəmisi 2,6% artmasına dair bəyanat verirsə bu tam absurd bir məlumatdır. Dünyanın heç bir ölkəsində qiymətlərin bir il ərzində cəmisi 2,6% qalxması parlament səviyyəsində müzakirə edilmir. Bu Ermənistan baş nazirinin düşünülərək söylədiyi ağ yalandır. Onun bir başqa yalanı Ermənistanda ötən il əldə olunmuş iqtisadi artımla balıdır. Guya ötən il Ermənistan iqtisadiyyatı 7,7% artıb. Ermənistan Mərkəzi Bankı isə bu artımın 6,4% olduğunu bəyan edir. Baxın bir balaca ölkədə baş nazir və mərkəzi bank iqtisadiyyatın 2017-ci ildəki artımına dair bir birindən 20% fərqli rəqəmlər səsləndirirlər. Belə fərqli fikirlər o vaxt olur ki, ölkədə statistika əllə idarə olunur. Yəni kimə hansı rəqəmi səsləndirmək lazımdırsa onu da səsləndirirlər. Bu qədər ağ yalanları necə söyləmək olar? Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə Ermənistan iqtisadiyyatında artım 2017-ci il üçün 2,5% səviyyəsində proqnozlaşdırılmışdı. İlin yekunlarına görə bu nəticənin BVF-nin verdiyi proqnozlardan 3,1 dəfə çox olması o deməkdir ki, belə mötəbər beynəlxalq maliyyə institutu köbud səhvə yol verib. Bu isə mümkün deyil. Bu institutun hesablamaları istınilən ölkə hökumətinin hesablamalarından daha dəqiq olur. Başqa bir məsələ isə faktların gizlədilməsidir. Heç şübhə etmirəm ki, bu qədər yalanı tirajlayan Ermənistan rəsmləri Beynəlxalq Valyuta Fondunun mütəxəsislərinə də yanlış informasiyalar təqdim etməklə öz ölkələrində iqtisadi inkişafın imitasiyasını yaradıblar. Əslində ölkə iqtisadi tənəzzül içərisində boğulur. Boğaza qədər korrupsiyanın içində çabalayan aclıq və səfalət üzündən əhalisi kütləvi şəkildə ölkəni tərk edən Ermənistanda birdən birə iqtisadi artım nəyin hesabına baş verə bilərdi? Cavab çox sadədir. Qarşıdan prezident seçkiləri gəlir. Ona görə də bütün çirkin üsullardan istifadə etməklə də olsa Ermənistan iqtisadiyyatının inkişaf görüntüsünü yaratmaq lazımdır. Əks halda erməni xalqı üsyan edər…”.

Azinforum.az

 

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …