Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “FETÖ-yə qarşı Azərbaycandakı tədbirləri alqışlayırıq” – Çavuşoğlu

“FETÖ-yə qarşı Azərbaycandakı tədbirləri alqışlayırıq” – Çavuşoğlu

Azərbaycana son səfərimdən sonra Türkiyədə hərbi çevriliş cəhdi oldu.

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

M.Çavuşoğlu çətin vaxtında Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycana, prezident İlham Əliyevə təşəkkür edib: “Qardaşlıq çətin günlərdə üzə çıxır. Biz bunu heç vaxt unutmayacağıq. FETÖ-nün üzünü bir daha gördük. FETÖ-yə qarşı Azərbaycanda həyata keçirilən tədbirləri alqışlayırıq”.

Türkiyə xarici işlər naziri bildirib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir: “Bu istiqamətdə əməkdaşlığımızı daim gücləndirmək üçün çalışırıq. TANAP bizim üçün birinci dərəcəli layihədir. Öncə Azərbaycan qazı Türkiyəyə gələcək, daha sonra Avropaya ixrac olunacaq”.

M.Çavuşoğlu deyib ki, üçlü formatda keçiriləcək görüşlərlə bağlı da nazir E.Məmmədyarovla müzakirələr aparıb.

 

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın