Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / FETÖ ilə əlaqəsi olan 619 AKP üzvü müəyyənləşdirilib

FETÖ ilə əlaqəsi olan 619 AKP üzvü müəyyənləşdirilib

Ədalət və İnkişaf Partiyasının (AKP) 619 üzvünün FETÖ ilə əlaqəsinin olduğu müəyyənləşdirilib.

“Report” “Haber7″yə istinadən xəbər verir ki, bunu AKP sədrinin təşkilati məsələlər üzrə müavini Mustafa Ataş bildirib.

Onun sözlərinə görə, iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra həmkarlar, banklar, sosial müdafiə qurumlarında 519 partiyanın rayon təşkilatlarında isə 100 nəfərin FETÖ ilə əlaqəsi olduğu müəyyənləşib.

M.Ataş deyib ki, AKP-nin 10 milyon üzvü var və onların arasında FETÖ-yə rəğbəti olanların da mövcudluğu mümkündür.

Sədr müavini FETÖ ilə əlaqəsi olanların aşkarlanaraq partiyadan çıxarıldığını vurğulayıb.

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …

Bir cavab yazın