Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili Gürsel Tekin qalmaqallı bəyanat verib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Tekin yaxın günlərdə Nazirlər Kabinetinin yenidən toplanacağını və FETÖ ilə əlaqəsi olan 6 nazirin istefaya göndəriləcəyini iddia edib. Canlı televiziya proqramında açıqlama verən millət vəkili aralarında önəmli nazirlərin olduğunu desə də, ad açıqlamayıb.
Qeyd edək ki, avqustun 31-i prezident Ərdoğanla baş nazir Binəli Yıldırımın görüşündən sonra gözlənilmədən daxili işlər naziri istefaya göndərilmişdi.