Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Fermerlərə 54,8 milyon manat kredit ayrılıb

Fermerlərə 54,8 milyon manat kredit ayrılıb

Bu günədək AKİA (Aqrar Kredit və İnkişaf Agentliyi ) vəsaitləri hesabına 4 min 729 fermerə 54,8 milyon manat kredit verilib. 

Agentlikdən Oxu.az-ın sorğusuna əsasən verilən məlumata görə, bu kreditlərin 26,9 milyon manatı kənd təsərrüfatı texnikası alışı üçün müraciət edən 2 min fiziki və hüquqi şəxsə ayrılıb. 

Damazlıq heyvan əldə etmək üçün müraciət edən 321 fermerə 136 min manatdan artıq kredit verilib.

Qeyd edilən dövrdə AKİA kənd təsərrüfatı məhsulları istehsalçılarına 27,7 milyon manat nağd pul krediti ayırıb. Bu məbləğin 18,9 milyon manatını mikrokreditlər təşkil edib. 

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12 faiz, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7 faizlə verilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının aldıqları damazlıq heyvanın qiymətinin 60 faizi, texnikanın qiymətinin isə 40 faizi dövlət tərəfindən ödənilir.

Məlumat dövründə fermerlərin texnika və damazlıq heyvan almasına AKİA tərəfindən 66,8 milyon manat güzəşt məbləği ayrılıb.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …