Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / FED uçot dərəcəsini 4,50 %-ə qaldırdı – Dollar bahalaşacaq?

FED uçot dərəcəsini 4,50 %-ə qaldırdı – Dollar bahalaşacaq?

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) iki günlük noyabr iclasının nəticələrinə görə uçot dərəcəsini ardıcıl dördüncü dəfə 50 baza bəndi artırıb – 4,25-4.50 %-dək.

Bu barədə FED məlumat yayıb.

“Açıq Bazar Komitəsi uzun müddət ərzində maksimum məşğulluğa və 2 % inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,25-4,50%-ə qaldırmaq qərarına gəlib”, – məlumatda qeyd olunub.

Komitənin bütün üzvləri bu qərarın lehinə yekdilliklə səs veriblər.

FED 2022-ci ilin əvvəlindən yeddinci dəfə uçot dərəcəsini artırıb.

Report

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …