Ana səhifə / İqtisadiyyat / FED koronavirusa görə uçot dərəcəsini endirib

FED koronavirusa görə uçot dərəcəsini endirib

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsinə yenidən baxıb.

Bu barədə nizamlayıcının saytında bildirilir.

Məlumata görə, Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,5% bəndi azaldıb və 1-1,25% səviyyəsində saxlayıb.

“ABŞ iqtisadiyyatı hələ də güclüdür. Lakin koronavirus iqtisadi fəallıq üçün yeni risklərin artmasına zəmin yaradır. FED məhz bu səbəbdən uçot dərəcəsinin 0,5% bəndi aşağı salınmasına qərar verib”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, FES bundan əvvəl uçot dərəcəsinə cari il yanvarın sonunda baxmış və sabit saxlamışdı.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …