Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / FED-dən dollar açıqlaması: “Üç istiqamətdə faiz artımı gözlənilir”

FED-dən dollar açıqlaması: “Üç istiqamətdə faiz artımı gözlənilir”

“Bu ilin dekabr ayında faizlərin yüksələcəyini gözləyirəm”.

Bu sözləri FES-in Filadelfiya üzrə rəhbəri Patrik Harker “Blumberq” informasiya agentliyinə açıqlamasında deyib.

O, 2018-ci il üçün nəzərdə tutulan zəif inflyasiyaya baxmayaraq, üç istiqamət üzrə faiz artımını proqnoz etdiyini də bildirib.

Harker dünya əmək bazarının hazırki vəziyyətini şərh edərkən ümumi göstəricilərin yüksək olduğunu da vurğulayıb. FES-in 4.5 trilyon dollarlıq büdcəsini azaltmağa başlayacağı üçün hazırda faiz artımı məsələsində tərəddüd etməsini təbii qarşılayan Harker, bu balanskiçiltmə prosesinin bir neçə ilə başa gələ biləcəyini iddia edib/Axar.az.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …