Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / İqtisadiyyat / Fed 2018-də sürpriz edə bilər

Fed 2018-də sürpriz edə bilər

“Moody`s Analytics”in Baş iqtisadçısı Mark Zandi, “ABŞ Mərkəzi Bankı daha çox sayda faiz artırmaqla bazarlara sürpriz edə bilər”, – deyib.

“Wall Street” iqtisadçıları, ABŞ Mərkəzi Bankının (Fed) 2018-ci ildə cari proqnozlardan (3 dəfə) daha sürətlə hərəkət edərək 4 və ya 5 dəfə faiz artıra biləcəyini dilə gətirməyə başlayıblar.

“Marja” xəbər verir ki, “Moody’s Analytics”in Baş iqtisadçısı Mark Zandi, “Vergi endirimlərinin iqtisadiyyata verdiyi təşviqi nəzərə aldıqda Fed-in bu il 4 dəfə faiz artırmasının mümkün olduğunu hesab edirəm. İqtisadiyyata olan təşviq işsizlik nisbətini 4%-dən də aşağı salacaq və faizlərin daha sürətli şəkildə normallaşdırması (qaldırması) üçün Fed-in üzərində çox təzyiq yaranacaqdır” deyə bildirib.

Səhm strateqləri, Fed-in gözlənilməz şəkildə aqressiv davranmasının 2018-ci ildə səhmlər üçün ən böyük tərs küləklərdən biri olacağını qeyd edirlər. “CNBC/Moody’s Analytics”in sorğusuna görə iqtisadçılar 2017-ci ilin 4-cü rübdə ABŞ iqtisadiyyatının 2,7 faiz artacağını gözləyirlər.

Həmçinin oxuyun

Şəhid ailələri və qazilərə veriləcək təqaüd məbləği sabit olmamalıdır (ŞƏRH)

Açıqlanan məbləğlər ilkin gözləntilərə tam cavab vermir”.Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın bütövlüyü uğrunda şəhid olan …