Şənbə , Avqust 13 2022
Ana səhifə / İqtisadiyyat / Faiz dərəcəsi artırıldı: Manatı nə gözləyir? – ŞƏRH

Faiz dərəcəsi artırıldı: Manatı nə gözləyir? – ŞƏRH

Avropa Mərkəzi Bankı (AMB) ilk dəfə faiz dərəcələrini artırıb.

Belə ki, Avropa Mərkəzi Bankının Direktorlar Şurası üç əsas faiz dərəcəsini 50 baza bəndi artırmaq qərarına gəlib və onların gələcək artımına işarə edib. 

Qərara əsasən, artıq baza faiz dərəcəsi 0,5%, depozitlər üzrə faiz dərəcəsi 0%, qısamüddətli kreditlər üzrə isə 0,75%dir.

Qeyd edək ki, bu, AMB-nin 2011-ci ildən bu yana ilk faiz artımı qərarıdır. Ötən müddətdə ölkəmizdə bəzi valyutalarla bağlı manatın məzənnəsində dəyişikliklər müşahidə edilib.

Hazırkı vəziyyətdə AMB-nin faiz dərəcəsini artırmasının manata təsiri olacaqmı?

İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, hazırkı vəziyyətə görə, avro müəyyən dövrdür dollara nisbətdə ucuzlaşır:

“Bu ucuzlaşma elə həddə çatıb ki, valyutalar arasında belə bir məzənnə dəhlizi formalaşmamışdı. Manata gəldikdə isə manat “üzən məzənnə” sisteminə qismən keçib. Bu gün dollara nisbətən manatın məzənnəsi müəyyən olunmuş konkret rəqəm üzərinə qurulub.

Belə ki, bu rəqəm yuvarlaq olaraq, 2016-cı ilin birinci rübündən 1 dollar 1,70 məzənnə ilə formalaşıb. O dövrdən dollar bahalaşsa da, ucuzlaşsa da manatın məzənnəsi sabit olaraq qalır. Lakin avroda baxışlar tamamilə fərqlidir. Qismən məzənnə ifadəsinə gəldikdə, funt-sterlinqə və yaxud avroya nisbətdə Azərbaycan manatı “üzən məzənnə” rejimində işləyir.

Yaxın keçmişdə 2 manata olan avro, 1,80 qədər ucuzlaşmışdı. Bu onu göstərir ki, Avrozonada istənilən proses baş verərsə, yəni avro bahalaşarsa, ucuzlaşarsa manatada öz təsirini göstərəcək. Birmənalı şəkildə uçot dərəcəsinin artırılması prosesində avro istər dəyər qazansa, istər ucuzlaşsa  bu manata nisbətdə öz təsirini göstərəcək”. 

Həmçinin oxuyun

İlham Əliyevdən taxıl açıqlaması: Problem yoxdur

“Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla …