Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “Facebook”un qurucusu millətlərarası ədavətin qızışdırılmasında ittiham edilir

“Facebook”un qurucusu millətlərarası ədavətin qızışdırılmasında ittiham edilir

Almaniya hakimiyyəti “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberqə, həmçinin bu şirkətin top-menecerlərinə qarşı millətlərarası ədavətin qızışdırılması ittihamı üzrə cinayət işi açıb.

Virtualaz.org “Gazeta.ru”ya istinadən bildirir ki, Almaniyanın “Spiegel Online” nəşrinin yazdığına görə, Zukerberqdən savayı, siyahıda “Facebook”un icraçı direktoru Şeril Sebdberqin, Avropada şirkətin maraqlarını təmsil edən Riçard Allenin və onun Berlindəki həmkarı Yeva-Mariya Kirşziperin də adları var.

Cinayət işinin açılmasına səbəb Vürtsburq şəhərində yaşayan vəkilin şirkətə qarşı iddiası olub. Vəkilin bildirdiyinə görə, sosial şəbəkə istifadəçilərinin qətlə, zorakılığa, holokostun inkarına və digər hüquq pozuntularına çağırışlarına rəğmən, şirkətin rəhbərliyi buna qarşı heç bir tədbir görmür.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın