Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Fətulla Gülən rus səfirin qətlindən danışdı – Video

Fətulla Gülən rus səfirin qətlindən danışdı – Video

Rusiya səfirinin Ankarada qətlində adı hallanan Fətullah Gülən açıqlama verib. 

Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, hazırda ABŞ-da yaşayan Gülən səfir Andrey Karlovun qətlini pisləyib. Bununla bağlı yayımladığı video müraciətdə Gülən bildirib ki, qatil Mövlud Mərt Altıntaşın onun təşkilatı ilə heç bir əlaqəsi yoxdur:

“Biz hər zaman terroru tənqid etmişik. Bununla bağlı demək istəyirəm ki, rus səfirinə qarşı bu terror aktını səmimi qəlbdən qınayıram. Mətbuat yazır ki, o qatil dəfələrlə Türkiyə prezidentinin mühafizəçisi olub. Özü də bəyan etdiyi kimi “ən-Nüsra” qruplaşmasının üzvüdür. Aydındır ki, nə keçmişdə, nə də indi bizim təşkilatla heç bir əlaqəsi olmayıb”.

Fətullah Gülən onu da əlavə edib ki, Türkiyə hakimiyyəti orduda təmizləmə işləri apardıqdan sonra təhlükəsizlik məsələlərinə lazımi diqqət yetirməyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan səfirin ölümündən bəhs edərkən bildirib ki, bütün dəlillər sui-qəsdçinin FETÖ ilə əlaqəsi olduğunu göstərir.

 


 

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın