Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Fətullah Gülənin “ablaları” haqda sensasion iddia – İntim münasibətlər qururlar

Fətullah Gülənin “ablaları” haqda sensasion iddia – İntim münasibətlər qururlar

FETÖ-nun Qafqaz regionu üzrə keçmiş koordinatoru Hayati Küçük FETÖ-çülərin diplomatlara yüksək məbləğdə pul verərək dövlətlərə sızma taktikası həyata keçirdiyini deyib.

Küçük açıqlamasında bildirib ki, FETÖ-nün «abla qrupunun» içindən xüsusi seçilmiş nəcib cinsin nümayəndələrinə cənnətin ən gözəl guşələri ilə təmin ediləcəkləri vəd edilir və bu minvalla öz məqsədləri üçün lazımi adamlarla münasibətlərin qurulması üçün onların yatağına girmə, intim münasibət qurma tapşırığı verilir. Bu adamlar adətən diplomatlar, nazirlər və yüksək vəzifə sahibləri olurlar.

FETÖ-nün 15 iyul dövlət çevrilişinə cəhd etməsindən sonra Qafqaz regionu üzrə keçmiş koordinatoru Hayati Küçük onların Türkiyənin dövlət sirlərini qərb ölkələrinə necə servis etdiyini və Fətullahçı qruplaşmanın necə təşkilatlandığına aydınlıq gətirib:

«Təəssüf ki, Türkiyə dövlətinin diplomatları FETÖ-nün adamları qədər aktiv və fədəkar davranmırlar. FETÖ-nün ən böyük təşkilatlandığı yer Xarici İşlər Nazirliyidir. Bunu bu qədər konkret deyirəm». (Ölkə.Az )

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın