Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Fəthullah Gülən işgəncəsi

Fəthullah Gülən işgəncəsi

Fəthullah Gülən Türkiyədə hakimiyyəti ələ almaq üçün çevriliş planlarını illər əvvəl hazırlamışdı. Bunun canlı şahidiyəm.

Türkiyə Silahlı Qüvvələrinin zabiti Kazım Çırakoğlu “Türkiye” qəzetinin yazarı Murat Öztekinə yolladığı məktubda belə yazıb. Milli.Az bildirir ki, K.Çırakoğlunun sözlərinə görə, hələ hərbi məktəbdə oxuyanda orada F.Gülənin tərəfdarları olan zabitlərin “xüsusi insanlar” hazırladıqlarını anlamışdı.

“Maltepe Əsgər Litseyində oxuyurdum. Həddən artıq sərt təlim keçirdilər. Daha doğrusu, bizə əzab, işgəncə verirdilər. Qaçış zamanı bir qarışqanı ayaqlamışdım. Polkovnik üstümə qışqırdı, söydü, sonra mənə cəza verdi. Cəzam 7 saat diz üstündə durub “Qarışqa, səndən üzr istəyirəm” kəlmələrini təkrarlamaqdı. Sutkada, sadəcə, 1 saat yatmağa icazə verirdilər. Yuxudan oyandıranda da şlanqla üstümüzə buz kimi soyuq su çiləyirdilər.

Hər səhər “Fəthullah Gülənin əsgərləriyik, Xoca var olsun!” dedirdirdilər bizə. Sonra zabitlər məni çağırdılar, “Səndə Xocaya yetərincə sədaqət yoxdur, buradan qovacağıq” söylədilər. Bir dostum vardı, atatürkçü idi. Dolabına narkotik maddə qoydular, rüsvay etdilər, ağır cəza verdilər. Mənim kimi onlarla, yüzlərlə gənci “Xocaya yetərsiz sədaqət” adı ilə hərbi təlimdən ayırmışdılar. Mən başqa məktəbdə oxudum, amma düşünün, Gülən tərəfdarlarının qovduqları nə qədər gəncimiz zabit ola bilmədi”, – K.Çırakoğlu yazıb.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın