Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / İqtisadiyyat / Fərid Cəfərov Rusiyada 3 milyard dollar dəyərində zavodu nəzarətə götürdü

Fərid Cəfərov Rusiyada 3 milyard dollar dəyərində zavodu nəzarətə götürdü

Tümen vilayətindəki Antipino NEZ “SOCAR Enerqoresurs”un nəzarəti altına keçib. Virtualaz.org RBK-ya istinadən xəbər verir ki, zavodun səhmlərinin 80%-i və Orenburq vilayətindəki yataqlar şirkətə məxsusdur.

“Sberbank”da təsdiqləyiblər ki, birgə müəssisə Antipino NEZ qrupunun aktivlərini təşkil edən zavoda və Orenburq vilayətindəki yataqlara yiyələnib.

Bankdan bildirildiyinə görə, zavodun yeni sahiblərinin əsas vəzifəsi hazırkı mərhələdə zavodun fəaliyyətə başlaması və onun fasiləsiz işinin təşkilindən, neft məhsullarının daxili və xarici bazara çıxarılması, federal və regional büdcələrə sabit vergi daxilolmalarının təmin edilməsindən ibarətdir.

Layihə SOCAR tərəfindən dəstəklənir – şirkət institusional ekspertiza və operativ idarəetməni təmin edir. “SOCAR Enerqoresurs”da səhmlərin 60%-i “Socar Russia Investments Ltd”yə, yerdə qalanı isə “Sberbank”a məxsusdur.

Mənbə bildirir ki, mayın 28-dən etibarən “Socar Russia Investments Ltd” şirkəti “Nitron Investments Limited”ə və Fərid Cəfərova məxsusdur. İş adamı aktivlərinin böyük hissəsini neft emalı müəssisələrində saxlayır. 2019-cu ildə “SOCAR Polymer” Azərbaycanda yüksək sıxlıqlı polietilen istehsalına başlayıb.

Həmçinin oxuyun

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?

Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 466 daşınmaz əmlak obyekti alıblar ki, bu da …