Ana səhifə / İqtisadiyyat / “Ezamiyyə xərcləri azaldılsın” – TƏKLİF

“Ezamiyyə xərcləri azaldılsın” – TƏKLİF

“2020-ci il dövlət büdcəsində ölkədaxili və xarici ezamiyyələr üçün 60.1 milyon manat vəsiatin xərclənməsi nəzərədə tutulub ki, bunun da 27.2 milyon manatı xarici ezamiyyə səfərlərinin maliyyələşdirilməsinə yönəldiləcək”

Bunu iqtisadçı-ekspert Rəşad Həsənov deyib.Onun sözlərinə görə, Post-pandemiya dövründə bu məsələyə yeni yanaşma ortaya qoyulmalıdır və bu kimi xərclər əhəmiyyətli səviyyədə azaldılmalıdır: “Böyük ehtimalla dünya ictimaiyyəti, o cümlədən hökumətlər COVID-19 pandemiyasından da müəyyən dərslər çıxaracaqdır. Bunlardan biri də yerli-yersiz ezamiyyələr və bunun dövlət büdcələri üçün yaratdığı maliyyə yükü məsələsi olmalıdır. Baxın İMF, BVF, OPEC, BEA və s. bu kimi yüzlərlə beynəlxalq təşkilatlar bu gün öz tədbirlərinin və görüşlərini telekonfranslar formatında təşkil edirlər. Yaxud ölkə rəhbərləri və kabinetlər ölkələri məsafədən idarəetmə üsullarından yararlanmaqla yönəldir. Bütün bunlar göstərir ki, əslində çağımızda hər hansı bir tədbirin təşkili yaxud bu tədbirdə iştirak üçün böyük məbləğdə vəsaitlərin xərclənməsinə ehtiyac yoxdur. Başqa sözlə İT texnologiyaları imkan yaradır ki, bir çox ənənəvi xərclərin həcmi optimallaşdırılsın”. 

Ekspert bildirib ki, bundan sonra dövlət büdcələrinin hazırlanması zamanı ezamiyyə xərclərinə daha ehtiyatla yanaşmaq pandemiya dərslərindən biri olmalıdır. 

Rəşad Həsənov diqqətə çatdırıb ki, 60 milyon manat bu çətin gündə 120 min ailəyə birdəfəlik 500 manat maddi yardımın edilməsi yaxud təxminən 1 milyon 200 min ailəni 1 ay müddətində kommunal xərclərdən azad etməyə yetəcək qədər böyük məbləğdir.

Həmçinin oxuyun

AZƏRBAYCAN BORCLANMAYA GEDİR, YOXSA…? – Xarici borcun ÜDM-də payının artması nə ilə bağlıdır?

Xarici borc ötən illə nisbətdə ən azı 150 milyon dollar azalacaq Son günlər aparıcı beynəlxalq …