Ana səhifə / İqtisadiyyat / Evlər daha da bahalaşacaq
SAMSUNG CAMERA PICTURES

Evlər daha da bahalaşacaq

Artıq bir neçə gündür ki, tikinti materialları bazarında sıçrayışlı qiymət artımları müşahidə edirik. Təbii ki, bu da gələcəkdə mənzillərin qiymətinə təsirsiz ötüşməyəcək.

Əvvəllər 1 kubmetri 280 manata satılan taxta hazırda bazarda 400-450 manata təklif olunur. Qiymətlərin daha da artacağı istisna edilmir.

Bunun da səbəbi taxtanın gətirildiyi ölkə olan Rusiyada müəyyən məhdudiyyətlərin tətbiq edilməsi və qiymətlərin yerli bazarda artmasıdır. Mənzil bazarında da bahalaşmanın olacağı deyilir. Bütün bunlar tikinti sektoruna necə təsir göstərəcək?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, tikinti materialları bazarında ötən illə müqayisədə 16.95% qiymət artımı müşahidə edilib:

“Ancaq aprel ayına nəzərən may ayında 6.99 faiz qiymət artımı müşahidə edilib. Həm idxal materiallarının bahalaşması, həmçinin mövsümü amillər, o cümlədən ölkə daxilində tikinti materiallarının istehsalında maya dəyərinin artması son nəticədə tikinti materialları bazarında qiymət artımına gətirib çıxarır. Nəzərə alsaq ki, tikinti materialları ümumi tikintidə 145% təşkil edir və buda tikinti sahəsində də maya dəyərinin artımını qaçılmaz edir. Yəni qiymət artımı ilkin mənzil bazarında artırsa, ardınca digər seqmentlərdə də qiymət artımı qaçılmaz olur”.

O qeyd edib ki, ötən ay ərzində ilkin mənzil bazarında qiymət artımı elə də əhəmiyyətli olmayıb:

“Cüzi qiymət artımı olub. Amma ötən ilin eyni dövrü ilə müqayisədə 3.51 faiz təşkil edib.Yəni qiymət artımı tikinti materialları bazarına nisbətən tikintidə tədricən artır. Bu da onunla bağlıdır ki, tikinti materialları bazarında qiymətin elastikliyi tikintidə olduğundan daha sərtdir. Yəni tikinti materialları bazarında şəxsin idxal etdiyi məhsul neçəyə başa gəlirsə, üzərinə də öz marjasın qoyub satır. Ona görə də qiymət artımı və yaxud azalması bir gün ərzində də baş verə bilir. Amma tikintidə bu qiymət artımı 2 və 3 il ərzində müşahidə edilir. Burada elastiklik daha böyük olduğundan, təsiri daha uzunmüddətli olur”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …