Bazar ertəsi , May 10 2021
Ana səhifə / İqtisadiyyat / Evlərin qiyməti və aylıq kirayəsi bahalaşdı — VİDEO

Evlərin qiyməti və aylıq kirayəsi bahalaşdı — VİDEO

Havaların isinməsi paytaxtda dənizə yaxın yerlərdə bağ evlərinin kirayəsinə tələbi artırıb. Nəticədə bağ evlərinin aylıq kirayəsi bahalaşıb.

Əmlak rieltoru Həşim Qədirov deyib ki, qiymətlər çox baha olduğu üçün bir neçə ailə birləşərək 1 bağ evində kirayə qalmağa üstünlük verirlər.

Əmlak eksperti Nofəl Quliyev isə bildirib ki, Bakıda aylıq kirayə qiyməti 15 min manata olan bağ evləri var. Bu evlər Mərdəkan, Şüvəlan kimi ərazilərdə dənizə ən yaxın məsafədə yerləşir.

Bağ evlərinin satış qiymətləri isə 20 faizə qədər bahalaşıb.

Bağ evlərinin kirayə və satışına tələbin artması bina evlərinə hələlik marağı azaldıb və kirayə qiymətləri ciddi enib.

Qeyd edək ki, bağ evlərinə tələb sentyabr ayına qədər davam edəcək. Bundan sonra isə bina evlərinə tələbin artacağı və qiymətin bahalaşacağı gözlənilir.

Həmçinin oxuyun

Ərzaq məhsullarının dəyəri artıb — RƏSMİ

Bu ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə, 0,5 faiz …