Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Evin tavanından 55 kq ağırlığında arı pətəyi çıxdı – VİDEO

Evin tavanından 55 kq ağırlığında arı pətəyi çıxdı – VİDEO

ABŞ-ın Georgia əyalətində evin birinin tavanından nəhəng arı pətəyi tapılıb.
Azinforum.az  xəbər verir ki, mənzildə yaşayan şəxs yaşadığı evin tavanından gələn uğultunun mənbəyini tapmaq üçün ilk növbədə arıçılıqla məşğul olan qonşusunu yardıma çağırır. Arıçı Bobbi Çaison uğultunun həqiqətən tavanın üst hissəsindən gəldiyini müşahidə edir. Tavanın səs gələn tərəfini ehtiyyatla açan arıçı nəhəng bir arı pətəyi ilə qarşılaşır.
Arıçı, 120 min arını 6 saat ərzində xüsusi vakuum nasosu ilə  plastik bidonlara yığaraq evdən kənarlaşdırıb.
Arı pətəklərinin ümumi çəkisinin 55 kiloqram olduğunu qeyd edən arıçı, bu pətəklərdən 30 kiloqram bal çıxaracağını deyib.

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …

Bir cavab yazın