Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Ev tikənlərin NƏZƏRİNƏ: tikinti materiallarında son qiymət (CƏDVƏL)

Ev tikənlərin NƏZƏRİNƏ: tikinti materiallarında son qiymət (CƏDVƏL)

ABŞ-ın və digər Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar Azərbaycanın tikinti sektoruna da təsir edib. Belə ki,  tikinti bazarında taxtanın qiyməti qalxıb.

Daha çox Rusiyadan idxal olunan ağac materiallarının bahalaşmasını satıcılar da təsdiqlədi.

“Demək olar ki, 10-15 manat taxtanın kubunda qalxma var. Quru taxta demək olar ki, hələlik stabildir, qiymət artımı yoxdur. Yaş taxtalarda fərq var, 10-15 manat qalxma müşahidə olunur”, – satıcı Füzuli Tağıyev qeyd edib.

Tvreal.az saytının əməkdaşları bazarda müşahidə apararkən digər ağac materiallarının qiymətləri ilə də maraqlanıb. Dikt və sair məhsulların qiymətində artım yox idi. Satıcılar deyir ki, hələ ki təzə partiya mal gətirməyə ehtiyac yoxdur. Çünki tikinti mövsümü gəlsə də havalar hələ tam qızmadığından bazarda alıcı aktivliyi müşahidə olunmur.

Tikinti bazarına baş çəkmişkən digər inşaat materiallarının qiymətləri ilə də maraqlandıq.

Qeyd edək ki, ölkəyə idxal olunan inşaat materialları əsasən Rusiya və Türkiyədən gətirilir. Bununla yanaşı yerli istehsal da tikinti bazarında böyük paya malikdir.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …