Ana səhifə / İqtisadiyyat / Evə günəş paneli quraşdırmaq neçəyə başa gəlir? – VİDEO

Evə günəş paneli quraşdırmaq neçəyə başa gəlir? – VİDEO

Son zamanlar elektrik enerjisi xərcləri çox olan vətəndaşlar alternativ enerji növlərindən istifadəyə daha çox üstünlük verirlər.

Alternativ enerji növlərindən istehsal zonaları ilə yanaşı, şəxsi evlərdə də istifadə olunur.

Pravda.az-ın məlumatına görə, Alternativ enerji şirkətinin maliyyə direktoru Orxan Quluzadə deyir ki, şəhər daxilində günəş panellərinin “on-grid”, yəni elektrik şəbəkəsi ilə çalışan növünü daha çox sifariş edirlər.

Alternativ enerji mütəxəssisi Tamerlan Quliyevin sözlərinə görə, sistemlərin “off-grid”, yəni elektrik şəbəkəsi olmadan çalışan növü isə əsasən ucqar rayonlar üçün alınır.

Tamerlan Quliyev deyir ki, sistemin 3-cü növü “hibrid” adlanır. Bu da həm şəbəkə, həm də akkumlyatorla çalışır. O, günəş panellərinin üstünlüyündən də danışıb.

Qeyd edək ki, günəş panellərinin həm yerli istehsalı mövcuddur, həm də ölkəmizə Çin, Türkiyə və Almaniyadan  gətirilir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …