“Eurovision-2017” mahnı müsabiqəsinin finalı başa çatıb. Portuqaliya təmsilçisi Salvador Sobral 758 xalla yarış cədvəlində birinci olub. O, müsabiqədə “Amar Pelos Dois” mahnısını ifa edib. Bununla da “Eurovision – 2018” mahnı müsabiqəsi Portuqaliyada keçiriləcək.
Müsabiqədə ikinci yeri Bolqarıstan təmsilçisi tutub.
Azərbaycanlı ifaçı Diana Hacıyeva 120 xalla 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Kiyevdə keçirilən “Eurovision-2017” mahnı müsabiqəsində 12 xalı Belarus təmsilçisinə, 10 xalı Moldova, 7 xalı isə Ukrayna təmsilçisinə verib.