Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Etirazçılar yenidən İrəvanın mərkəzinə toplaşdı

Etirazçılar yenidən İrəvanın mərkəzinə toplaşdı

İrəvanda elektrik enerjisi tariflərinin qalxmasına qarşı etiraz edənlər yenidən Baqramyan prospektinə toplaşıblar.

APA bildirir ki, bu axşam aksiyanın təşkilatçılarından biri David Sansaryan mübarizənin yeni strategiyasını bəyan edəcək.

Hazırda fəalların hansı addımlar atacağı bəlli deyil. Aksiyanın təşkilatçıları qeyd ediblər ki, onların hərəkətləri sülh xarakterli olacaq.

Hüquq-mühafizə orqanlarının iddiasına görə isə, fəallar polisə qarşı təxribat hazırlayır, onlar küçədə çadır qurmaq və şəhərin digər yollarını bağlamaq niyyətindədirlər.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın